Lloyd Ostin – Nümayəndələr Palatası tərəfindən təsdiqlənmiş qanun layihələri departamentə həyati təhlükəsizlik yardımını artırmağa imkan verəcək

15:25, 21.04.2024

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihələrini alqışlayır.

“Bu ikitərəfli qanunvericilik Departamentə imkan verəcək ki, Ukraynanın Rusiya təcavüzündən müdafiəsinə kömək etmək üçün həyati dərəcədə vacib olan təhlükəsizlik yardımını artırsın, İsraili dəstəkləsin, İran və onun marionetlərinə qarşı müdafiə etsin və Qəzza zolağına çox ehtiyac duyulan humanitar yardım axınını artırsın”, – Ostin bəyanatında bildirib.

ABŞ müdafiə naziri dünyanın “ABŞ-ın nə etdiyini izlədiyini” və sözügedən qanun layihəsinin insanların həyatını xilas edə biləcəyini əlavə edib.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60,8 milyard dollarlıq hərbi yardım paketini təsdiqləyib, həmçinin, ABŞ Nümayəndələr Palatası Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Oxşar