Lloyd Ostin - Dialoq mükafat deyil, bu zərurətdir, buna görə də Çin tərəfi ilə daha çox danışıqlar gözləyirəm, anlaşılmazlıqları ortadan qaldırmaq üçün açıq ünsiyyət xətlərini heç bir şey əvəz edə bilməz

Dialoq mükafat deyil, bu zərurətdir, buna görə də Çin tərəfi ilə daha çox danışıqlar gözləyirəm-bu haqda ABŞ-ın müdafiə katibi Lloyd Ostin Çinin müdafiə naziri Don Cun ilə görüşdə bildirib.

Ostin, hərbi liderlər arasında birbaşa ünsiyyəti və danışıqları heç bir şeyin əvəz edə bilməyəcəyini deyib.

“Anlaşılmazlıqları və yanlış hesablamaları ortadan qaldırmaq üçün açıq ünsiyyət xətlərini heç bir şey əvəz edə bilməz. Hər zaman dediyim kimi, dialoq mükafat deyil, bu zərurətdir. Buna görə də Çin tərəfi ilə daha çox danışıqlar gözləyirəm”- Ostin bildirib.

Məlumat üçün bildirək ki, Sinqapurda “Şanqri-La Dialoqu” adı ilə tanınan təhlükəsizlik sammitində Çinin müdafiə naziri deyib: “ABŞ tərəfindən Tayvana silah satışı Çin üçün qırmızı xəttdir, belə hərəkət Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə olduqca səhv mesajlar göndərir”