Lloyd Ostin - Çinlə müharibə qaçılmaz deyil, qarşısının alınması mümkün olmayan bir şey də deyil
Lloyd Ostin - Çinlə müharibə qaçılmaz deyil, qarşısının alınması mümkün olmayan bir şey də deyil

 
ABŞ-ın müdafiə katibi Lloyd Ostin Sinqapurda davam edən “Şanqri-La Dialoqu”nun təhlükəsizlik forumunda Çinlə mümkün müharibədən danışıb.

Ostin bildirib ki, Asiya-Sakit okean regionunda gərginliyin sürətlə artmasına baxmayaraq, Çinlə müharibə qaçılmaz deyil, qarşısının alınması mümkün olmayan bir şey də deyil.

Müdafiə naziri səhv hesablamaları və anlaşılmazlıqları aradan qaldırmaq üçün onunla çinli həmkarı arasında yenilənmiş dialoqun vacibliyini qeyd edib.

“Fikrimcə, müharibə qaçılmaz deyil, qarşısının alınması mümkün olmayan bir şey də deyil. Böyük ölkənin liderləri yanlış hesablamalar və anlaşılmazlıqların imkanlarını minimuma endirmək naminə əlimizdən gələni etdiyimizə əmin olmaq üçün birlikdə işləməyə davam etməlidirlər”- Ostin bildirib.

Müdafiə katibi Çinin müdafiə naziri Don Cun ilə görüşdən də danışıb, lakin söhbətin detallarını dilə gətirməyib.

“Nə qədər ki, biz danışırıq, problemli məsələləri müəyyən etmək imkanımız var”- Ostin bildirib.