Lloyd Austin - ABŞ yalnız Asiya təhlükəsiz olduqda təhlükəsiz ola bilər
Lloyd Austin - ABŞ yalnız Asiya təhlükəsiz olduqda təhlükəsiz ola bilər

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, ABŞ yalnız Asiya təhlükəsiz olduğu halda təhlükəsiz ola bilər. O, bu barədə Sinqapurda “Şanqrila Dialoqu” kimi tanınan illik təhlükəsizlik sammitində çıxışı zamanı bildirib.

Bundan əvvəl ABŞ müdafiə naziri çinli həmkarı Donq Jun ilə görüşüb.

ABŞ müdafiə nazirinin çıxışında qeyd etdiyi kimi, Hind-Sakit okean regionu ABŞ üçün prioritet olaraq qalır. O, bu regionda ittifaqların vacibliyini də vurğulayıb.

“Avropa və Yaxın Şərqdə baş verənlər bu region üçün vacibdir. Burada birlikdə həyata keçirdiyimiz tədbirlər bütün dünya üçün 21-ci əsri formalaşdırmağa davam edəcək. Bu regionun təhlükəsizliyinin və rifahının qorunması ABŞ-ın milli təhlükəsizlik siyasətinin mərkəzi təşkilati prinsipi olaraq qalır. Mən aydın olmaq istəyirəm ki, ABŞ yalnız Asiya təhlükəsiz olarsa təhlükəsiz ola bilər. Məhz buna görə də ABŞ bu regionda öz təmsilçiliyini uzun müddət saxlayıb”, – ABŞ müdafiə naziri bildirib.