Liza Kovak - USAID "Kanva" ilə əməkdaşlıq etməkdən qürur duyur, bu təlim incəsənət və mədəniyyət nümayəndələrinə kömək etməyə, gürcüləri maraqlandıran məsələləri dəstəkləməyə fokuslanmışdı
“Kanvas” təlimi incəsənət və mədəniyyət sektorunun nümayəndələrinə sektorun müstəqilliyini effektiv şəkildə qorumaqda kömək etməyə yönəlib, – USAİD/Gürcüstanın Demokratiya, Hüquqlar və İdarəetmə Ofisinin direktor vəzifəsini yerinə yetirən Lisa Kovak bildirib.
Onun sözlərinə görə, USAID “Kanvas” şirkəti ilə əməkdaşlıqdan böyük qürur duyur.
“Kanvas” dəstək verdiyimiz vətəndaş cəmiyyəti təşkilatlarından biridir. Təlimdə incəsənət və mədəniyyət sektorunun nümayəndələrinə sektorun müstəqilliyinin səmərəli şəkildə qorunmasında köməklik göstərilib. Təlim gürcüləri maraqlandıran məsələləri effektiv şəkildə dəstəkləyir”, – deyə Lisa Kovak bildirib.
Dünən Dövlət Təhlükəsizliyi Xidmətində mümkün sabitliyin pozulması və iğtişaşların baş verməsi ilə bağlı aparılan istintaqla əlaqədar Serbiyanın üç vətəndaşı dindirilib.
Mövcud məlumata görə, Serbiyanın hər üç vətəndaşı “Kanvas” təşkilatının üzvüdür. Sorğuya gəlməzdən əvvəl onlar Tbilisidəki otellərdən birində, bir neçə gürcü qeyri-hökumət təşkilatının iştirak etdiyi təlimdə olublar. Məlum olduğu kimi, seminarın əsas mövzusu “Vətəndaş fəallığı” olub.
Sentyabrın 18-də Dövlət Təhlükəsizliyi Xidməti “Gürcüstanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən bir qrup şəxs Gürcüstanda sabitliyin pozulması və vətəndaş iğtişaşları planlaşdırır, onların son məqsədi hakimiyyəti zorakılıqla dəyişdirməkdir” deyə məlumat yayıb. Dövlət Təhlükəsizlik xidməti Gürcüstanda sabitliyin pozulması planının təşkilatçıları kimi Qioqri Lortkipanidze, Mixeil Baturinin və Mamuka Mamulaşvilinin adını çəkir.
Müəllif -
Mehemmed Bayramaliyev