Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin ölkənin şərqinə endirdiyi hava zərbəsi nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
İsrailin Livanın şərqinə endirdiyi hava hücumunda üçü azyaşlı olmaqla 5 nəfər həlak olub. Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, məlumatlara görə, hücum nəticəsində 16 nəfər yaralanıb.
İsrail hələ ki, bununla bağlı şərh verməyib.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livandan İsrail istiqamətində 90 raket atılıb, onlardan biri Hayfa şəhəri yaxınlığında düşüb. Xəsarət alanlar barədə hələlik məlumat verilmir.