Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Beyruta hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb, ən azı 117 nəfər yaralanıb
İsrailin Beyruta hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb, azı 117 nəfər yaralanıb. “CNN” məlumatı Livanın Səhiyyə Nazirliyinə istinadən yayıb.
Zərbələr Beyrutun mərkəzində sıx məskunlaşan yaşayış massivində həyata keçirilib və nəticədə bir hündürmərtəbəli yaşayış binası tamamilə uçub.
Hücumların hədəfi “Hizbullah” liderlərindən biri olsa da, medianın məlumatına görə, Vafik Səfa xəsarət almayıb.