Livanın “Hizbullah” qruplaşması İsrail istiqamətində 200 raket və 20 pilotsuz uçuş aparatı buraxıb
Livanın “Hizbullah” qruplaşması İsrail istiqamətində 200 raket və 20 pilotsuz uçuş aparatı buraxıb

 
Livanın “Hizbullah” qruplaşması İsrail istiqamətində 200 raket və 20 pilotsuz uçuş aparatı buraxıb.

İsrailin hava hücumundan müdafiə sistemi raketlərin və pilotsuz uçuş aparatlarının bir hissəsini zərərsizləşdirib. Raket hücumundan sonra İsrail aviasiyası Livanda “Hizbullah”ın hədəflərini bombalayıb.

Livandan həyata keçirilən hücum nəticəsində İsrailin şimalında, Qalileada və Qolan təpələrində 10 yerdə yanğın başlayıb. Yanğın nəticəsində Qolan təpələrində ən azı bir avtomobil yolu bağlanıb.