Livandan İsrailin şimalı istiqamətində 55-ə yaxın raket buraxılıb

14:08, 19.10.2024

Livandan İsrailin şimalı istiqamətində 55-ə yaxın raket buraxılıb. Bu barədə İsrail mətbuatı İsrail Müdafiə Qüvvələrinə istinadən xəbər verir.

Medianin məlumatına görə, Yuxarı, Qərbi və Mərkəzi Qalileyanın bir sıra şəhər və qəsəbələrində hava zərbələri eşidilib.

Livandan endirilən raket hücumu nəticəsində Hayfa bölgəsində azı 5 nəfər yüngül xəsarət alıb və hazırda onların müalicəsi davam etdirilir.

Hayfanın ətrafı Kiryat-Atada yaşayış binasına və yaxınlıqda dayanan avtomobillərə ziyan dəyib. Sosial şəbəkədə yayılan videomaterialda raketlərdən birinin düşdüyü yerdə yanğının baş verdiyi görünür.

Oxşar