Livandan İsrail istiqamətində 40 raket və beş pilotsuz uçuş aparatı buraxıblar
Livandan İsrail istiqamətində 40 raket və beş pilotsuz uçuş aparatı buraxıblar

 
Livandan İsrail istiqamətində 40 raket və beş pilotsuz uçuş aparatı buraxıblar.

İsrail mediasının məlumatına əsasən, hücumun hədəfi Qaliley bölgəsi və Qolan yüksəklikləri olub.

Hücum nəticəsində iki nəfər yaralanıb. Katsrin rayonunda iki yerli sakin raket parçalarından zərər görüb.

Raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, bir hissəsi isə partlayış nəticəsində yanğına səbəb olub.

Qaliley və Qolan zonalarında 15 yerdə yanğın başladığı haqda məlumatlar yayılır.

İsrailin Müdafiə Qüvvələri üç pilotsuz uçuş aparatının zərərsizləşdirilməsi haqda məlumat yayır, digər ikisi ilə bağlı məlumat yayılmayıb.