Livandan İsrail istiqamətinə 100-ə yaxın raket atılıb
Livandan İsrail istiqamətinə 100-ə yaxın raket atılıb

Livandan İsrail istiqamətinə 100-ə yaxın raket atılıb. Hücumun hədəfi Kiryat Şmona, Qaliley və Qolan təpələri olub.

İsrailə qarşı raket hücumu Livanın cənubunda İsrailin hava hücumları nəticəsində “Hizbullah” komandirlərindən birinin öldürülməsindən sonra həyata keçirilib.

İsrail Müdafiə Qüvvələri raketlərin əksəriyyətinin yaşayış olmayan ərazilərə düşdüyünü bildirib. İsrail ordusunda İsrailə qarşı həyata keçirilən hücumlara görə məsuliyyət daşıyan “Hizbullah” bölməsinin “Əziz”in komandiri Məhəmməd Nimah Nasirin öldürüldüyünü bildirirlər.