Livandan buraxılan pilotsuz təyyarə Benyamin Netanyahunun Qeysəriyyə şəhərindəki şəxsi iqamətgahına düşüb

17:16, 19.10.2024

Pilotsuz uçuş aparatı İsrailin baş naziri Binyamin Netanyahunun sahilyanı Qeysəriyyə şəhərindəki şəxsi iqamətgahına doğru buraxılıb.

Netanyahunun ofisi bildirir ki, baş nazir və həyat yoldaşı orada olmayıb və insident nəticəsində xəsarət alan olmayıb.

Netanyahunun Qeysəriyyədə və Qüdsdə iki şəxsi evi var, onlardan aktiv istifadə edir, həmçinin baş nazirin Qüdsdəki rəsmi iqamətgahında çox vaxt keçirir və hazırda təmir işləri gedir.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, şənbə günü Livandan İsrail ərazisinə 55 raket atılıb.

Oxşar