Livan və İsrail atəşkəs şərtləri ilə bağlı razılığa gəliblər. Tərəflər Vaşinqtonda keçirilən danışıqlar nəticəsində konsensusa nail olublar.
Bəyanata əsasən, atəşkəsin qüvvəyə minməsi İranın dəstəklədiyi Livan qruplaşması Hezbollah-nın tam silahsızlaşdırılması və üzvlərinin Cənubi Livandan çıxarılmasından asılıdır.
Razılaşma həmçinin Livan Silahlı Qüvvələrinin nəzarəti bərpa edəcəyi xüsusi zonaların yaradılmasını nəzərdə tutur.
Tərəflər bildiriblər ki, hərtərəfli sazişə nail olmaq məqsədilə danışıqlar iyunun 22-də bərpa olunacaq.
Xatırladaq ki, bu il ərzində iki ölkə artıq atəşkəs barədə razılığa gəlmişdi, lakin buna baxmayaraq, hücumlar davam edirdi.