Litvanın Seymi gənclərin məktəbi bitirdikdən dərhal sonra hərbi xidmətə çağırılmasını nəzərdə tutan hərbi xidmətə çağırış islahatını təsdiqləyib
Litvanın Seymi gənclərin məktəbi bitirdikdən dərhal sonra hərbi xidmətə çağırılmasını nəzərdə tutan hərbi xidmətə çağırış islahatını təsdiqləyib

 
Litvanın Seymi gənclərin məktəbi bitirdikdən dərhal sonra hərbi xidmətə çağırılmasını nəzərdə tutan hərbi xidmətə çağırış islahatını təsdiqləyib.

Medianın yazdığı kimi, 81 deputat sözügedən qərarı dəstəkləyib.

Hərbi xidmət haqqında qanunla əlaqədar təsdiq edilmiş dəyişikliklər hərbi xidmətə çağırışın 18-dən 22 yaşadək təmin edilməsini nəzərdə tutur. Medianın verdiyi məlumatda, hərbi xidmətə çağırışdan sonra litvalı gənclərin hərbi xidməti başa vurmamış universitetdə təhsillərini davam etdirə bilməyəcəkləri deyilir.

Eyni zamanda, universitet məzunları, məsələn, mühəndislər, həkimlər üç aylıq hərbi hazırlığa çağırılacaq. Ehtimal ki, böhran vəziyyətlərində onlar aktiv ehtiyatın bir hissəsi olacaqlar. Qanuna edilən dəyişikliklər 2026-cı ildə qüvvəyə minəcək.