Litvanın xarici işlər naziri Kiastusi Budris ölkənin daha 17 gürcü məmuruna qarşı sanksiya tətbiq etdiyini açıqlayıb
Litva baş nazir İrakli Kobaxidze də daxil olmaqla daha 17 gürcü rəsmiyə qarşı sanksiya tətbiq edib.
Bu barədə Litvanın xarici işlər naziri Kiastusis Budris sosial şəbəkədə yazır.
“Litva gürcü xalqını və onun Avropa arzusunu dəstəkləyir. Estoniya ilə koordinasiyada baş nazir İrakli Kobaxidze də daxil olmaqla, sanksiya tətbiq edilən gürcü siyasətçilərinin siyahısını daha 17 nəfəri daxil etməklə genişləndirdik. Biz dinc nümayiş iştirakçılarına, jurnalistlərə və müxalifətə qarşı zorakılıq və təzyiqlərə yol verməyəcəyik. Aİ səviyyəsində birgə fəaliyyətin vaxtı çatıb”. – Kiastusis Budris sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, bundan əvvəl Litva və Estoniyanın xarici işlər nazirləri ölkələrinə girişi qadağan olunmuş Gürcüstan vətəndaşlarının siyahısını dərc etmişdilər. Bundan əlavə, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Estoniyanın baş nazir İrakli Kobaxidze də daxil olmaqla daha 14 gürcü rəsmiyə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.