Litvanın "Getjet" aviaşirkəti Vilnüs və Tallinndən Batumi istiqamətində çarter reysləri həyata keçirəcək
Litvanın "Getjet" aviaşirkəti Vilnüs və Tallinndən Batumi istiqamətində çarter reysləri həyata keçirəcək

 

İqtisadiyyat Nazirliyindən verilən məlumatda, Baltikyanı ölkələrdən Gürcüstana daha bir aviaşirkətin, “Getjet”in uçuşları bərpa edəcəyi deyilir. Litvanın “Getjet” aviaşirkəti Vilnüs və Tallinndən Batumi istiqamətində bir neçə çarter reysləri həyata keçirəcək.

İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili , Baltikyanı ölkələrin Gürcüstan üçün mühüm turizm bazarlarından biri olduğunu və hökumətin Baltikyanı ölkələrdən ölkəmizə daha çox qonağın təşrif buyurmasını təşviq etdiyini bildirib.

“Gürcüstanın Baltikyanı ölkələrdə turizm məkanı kimi tanınması üçün fəal işləyirik. Regionun əsas şəhərlərinə birbaşa uçuşların sayının artması Gürcüstana daha çox ziyarətçi gətirəcək ki, bu da turizm sektorumuz üçün vacibdir. Aİ ölkələri ilə daha çox birbaşa istiqamətlərin olması prioritetlərimizdən biridir” – deyə Mariam Kvrivişvili bildirib.

Vilnüs və Batumi arasında avqustun 1-dən avqustun 29-u da daxil olmaqla, Tallin ilə Batumi arasında isə avqustun 15-dən avqustun 29-u da daxil olmaqla reyslər hər bazar ertəsi günü yerinə yetiriləcək.

İqtisadiyyat Nazirliyində, Baltikyanı ölkələrdən 2022-ci ilin yanvar-iyun aylarına olan dövrdə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 347 faiz daha çox səfərin həyata keçirildiyi qeyd edilir. Bununla yanaşı, Litvadan səfərlərin artımı 294,6 faiz, Latviyadan 375,4 faiz, Estoniyadan isə 438,1 faiz təşkil edib.