Litvanın Baş Naziri - Ukrayna öz torpağını və dövlətçiliyini qoruyaraq hamımızı, mənim vətənimi, Avropanı və bütün demokratik dünyanı qoruyur
Litvanın Baş Naziri - Ukrayna öz torpağını və dövlətçiliyini qoruyaraq hamımızı, mənim vətənimi, Avropanı və bütün demokratik dünyanı qoruyur

Litvanın baş naziri İnqrida Şimonite Ukraynanın Müstəqillik Günü ilə bağlı Kiyevdə keçirilən tədbirdəki çıxışında deyib ki, Litva ölkəni qələbəyə yaxınlaşdırmaq üçün Ukraynanı dəstəkləməyə davam edəcək.

İnqrida Şimonite Ukraynaya dəstəyini ifadə etmək üçün Ukrayna dilində danışıb.

“Ukraynanın Müstəqillik Günündə azad, mübariz Ukrayna xalqının yanında olmaq mənim üçün böyük şərəf və sevincdir. Bütün sivil dünya kimi mən də sizə heyranam və səmimi qəlbdən minnətdaram. Torpağınızı, dövlətçiliyinizi qorumaqla siz hamımızı – vətənimi, Litvanı, Avropanı və bütün demokratik dünyanı qoruyursunuz. Litva bu məqsədə doğru hər addımda Ukraynanın yanında olub və olacaq, biz qələbəyə çatmaq üçün hər şeyi edirik və edəcəyik ki, işıq şərə qalib gəlsin, azad insanlar qalib gəlsin”. – Şimonite dedi.