Litvada parlament seçkiləri keçirilir

11:59, 13.10.2024

Bu gün Litvada parlament seçkiləri keçirilir. Son sosioloji sorğulara görə, müxalifətdə olan Sosial Demokrat Partiyası öndədir. Onu seçicilərin təxminən 18 faizi dəstəkləyir.

Partiyanın lideri, Avropa Parlamentinin deputatı Vilia Blinkevichute baş nazir postunu tutacağına ümid etdiyini bildirib.

Sorğulara görə, hazırkı baş nazir İnqrida Şimonitin sağ mərkəzçi partiyası “Vətən İttifaqı” 9% dəstəklə üçüncü yerdədir. O, sorğulara görə seçicilərin 12 faizinin dəstəklədiyi populist millətçi partiyanı qabaqlayır.

Litvada parlament seçkiləri qarışıq sistemlə keçirilir. 141 yerlik Seymdə 70 deputat partiya siyahıları ilə, qalanları isə birmandatlı dairələr üzrə seçiləcək.

Oxşar