Litva parlamentinin deputatı - Gürcüstanın əsas marağı Avropa İttifaqı və NATO-ya gedən yol ilə bağlı strateji məqsədə nail olmaq olmalıdır ki, bu da daxili mübarizələrdən üstün olmalıdır
NATO-nun bütün ölkələrə fərdi yanaşması var. Gürcüstan haqqında danışanda cavabım sadədir, hər şey sizin əlinizdədir, hökumətinizin əlindədir. Hazırda gördüyümüz Gürcüstanda demokratik proseslərin ləngiməsidir ki, bu bizi narahat edir, çünki Litva həmişə Gürcüstanın müstəqilliyinin, azadlığının və Avropaya inteqrasiya yolunun tərəfdarı olub və indi də elədir, – Gürcüstanla bağlı hazırlanan hesabtlardan birinin müəllifi, Litva parlamentinin üzvü Audronius Ajubalis Kopenhagendə Gürcüstanın Birinci Kanalına bildirib
Onun sözlərinə görə, ilk növbədə Gürcüstan öz ev tapşırığını etməlidir və bu vəzifənin nə olduğunu hamı yaxşı bilir.
“Düşünürəm ki, Gürcüstanın əsas marağı Avropa İttifaqı və NATO-ya gedən yol ilə bağlı olan strateji məqsədə nail olmaq olmalıdır ki, bu da daxili mübarizədən üstün olmalıdır. Düşünürəm ki, bütün tərəflər qeyri-strateji, lokal məsələləri bir kənara qoyub, əsas hədəflər ətrafında birləşməyə razı olmalıdırlar. Litva bunu etdi. Xatırlayırsınız ki, bu, keçmiş kommunist ölkəsidir və biz keçmişlə bağlı, əməkdaşlıq haqqında bütün söz-söhbətləri bir kənara qoyduq və birlik sayəsində məqsədə çata bildik. Bu mənim məsləhətimdir.
NATO Gürcüstanla bağlı maksimum səy göstərir, ölkənin aldığı hərbi yardım kifayət qədər böyükdür. NATO Gürcüstana kifayət qədər yüksək vəzifəli şəxslərin səfər etməsi ilə marağını ifadə edir. Düşünürəm ki, bu, əməli əməkdaşlığın çox yaxşı getdiyinə işarədir, lakin NATO-dan danışarkən siyasi və demokratik proseslər zəruri olduğundan burada bizim müəyyən çətinliklərimiz var və ümid edirəm ki, Gürcüstan onları dəf edəcək. Açıq qapı siyasəti əlbəttə ki, vacibdir, lakin qeyd etdiyim kimi, hər şey sizin əlinizdədir. Siz NATO və Avropa İttifaqının nə tələb etdiyini bilirsiniz, proseslərin necə getdiyini bilirik. NATO hərbi və siyasi hissələri ayıra bilməz. Demokratiya NATO üçün ən vacib şeydir, ona görə də demokratiyada irəliləyiş olmadan bu məqsədə nail ola bilməzsiniz”, – Audronius Azubalis bildirib.
Bundan əlavə, Ajubalisin qeyd etdiyinə əsasən, “Rusiya öz gəmilərini dənizin başqa hissəsində yerləşdirmək istəyir, bu, ümumiyyətlə, bütün xalqların özlərini təhlükəsiz hiss etmələrinə kömək etmir”.
“Bu vəziyyət yaxşıya doğru getmir. Təbii ki, bu onu göstərir ki, marionet hakimiyyətə rəğmən Rusiya bu torpağa nəzarət edir, amma bir daha göstərir ki, belə bir Rusiyaya, diktator Rusiyaya heç vaxt etibar etmək olmaz, onunla vicdanlı, xeyirxah iş görə bilməzsən. Bu xəbər, təbii ki, hamımız üçün çətinliklər yaradır. Bu o deməkdir ki, onlar hərbi gəmiləri yeni yerə aparmağa çalışacaqlar, çünki ukraynalılar təcavüzkarı uğurla vura biləcəklərini nümayiş etdirdilər. Ona görə də belə görünür ki, Rusiya öz gəmilərini dənizin başqa hissəsində yerləşdirmək istəyir ki, bu da ümumilikdə bütün xalqların özlərini təhlükəsiz hiss etməsinə kömək etmir. Düşünürəm ki, bu, Rusiyaya qarşı müsbət addımlar atmağa dəyməz və bunun müqabilində yaxşı şeylər gözləməyə dəyməz.
Xatırladaq ki, Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Berayanın rəhbərlik etdiyi nümayəndə heyəti NATO Parlament Assambleyasının oktyabrın 7-9-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilən illik sessiyasında iştirak edir.
Müəllif -
Mehemmed Bayramaliyev