Litva Xarici İşlər Nazirliyi - Şovidə torpaq sürüşməsi nəticəsində həlak olanlara görə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq
Litvanın Xarici İşlər Nazirliyi Şovidə torpaq sürüşməsi nəticəsində həlak olanlara görə başsağlığı verir. Bu barədə qurum sosial şəbəkədə yazır.
“Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində həlak olanlara görə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və xilasetmə işlərinin uğurlu olacağına ümid edirik”, – Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.