Litva Xarici İşlər Nazirliyi - Rusiya və Gürcüstan arasında uçuşların bərpasının Avro-Atlantik inteqrasiya yoluna zidd olduğunu məyusluqla qeyd edirik
Litva Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı “Twitter” sosial şəbəkəsində dərc olunub.
“Məyusluq hissi ilə qeyd etmək istərdik ki, Rusiya ilə Gürcüstan arasında uçuşların bərpası Gürcüstanın maraqlarına, onun seçdiyi Avropa və Avro-Atlantik inteqrasiya yoluna ziddir. Biz bir daha Gürcüstanı aviasiya sektoru da daxil olmaqla, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyə çağırırıq”- Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.