Litva Xarici İşlər naziri - İrakli Ğaribaşvili və David Zalkalianiyə Avropa İttifaqının dəstək ismarıcını çatdırdım
Litva Xarici İşlər naziri - İrakli Ğaribaşvili və David Zalkalianiyə Avropa İttifaqının dəstək ismarıcını çatdırdım

İslahatların həyata keçirilməsi Gürcüstanın Avropa gələcəyinin açarıdır, – bu barədə Litva Xarici İşlər naziri, Qabrielius Lansberqis “tvitter” sosial çəbəkəsində David Zalkaliani ilə görüşündən sonra yazır.

“Cənab Ğaribaşvili və cənab Zalkalianiyə Avropa İttifaqı Xərici Hərəkətlər Xidməti və Cozef Borelin adından, Avropa İttifaqının dəstək ismarıcını çatdırdım”, – Litva Xarici İşlər naziri yazır.

Onun dediyinə görə, görüşdə tərəflər bölgə qarşısında mövcud çağırışlar, ölkədə inkişaf edən hadisələr və Şərq Partnyorluğu sammiti barəsində müzakirə apardılar.

Avropa İttifaqının üzv ölkələri – Avstriya, Rumıniya və Litva Xarici İşlər nazirləri Gürcüstana Avropa Komissiyasının ali nümayəndəsi, Cozef Borelin mandatı ilə, Cənubi Qafqaza turne çərçivəsində gəliblər.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.