"Lisi Wonderland" yaxınlığında "Pride" festivalının əleyhdarları ilə polis arasında qarşıdurma olub
"Lisi Wonderland" yaxınlığında "Pride" festivalının əleyhdarları ilə polis arasında qarşıdurma olub

“Lisi Wonderland” istiqamətində yürüş zamanı qarşıdurma baş verib. Yürüş iştirakçıları “Pride” festivalının keçiriləcəyi əraziyə daxil olmağa çalışıblar. Hadisə yerinə səfərbər olan hüquq-mühafizə orqanlarının əməkdaşları onlara imkan verməyiblər. Mitinqin bir neçə iştirakçısı ərazidən çıxarılıb.

“Pride” festivalının əleyhdarları Vaja-Pşavela metro stansiyasından “Lisi Wonderland” istiqamətində yürüş ediblər.

“Tbilisi Pride” dünən bəyanat yayaraq küçə yürüşlərinin olmayacağını və festivalın qeydiyyatdan keçmiş qonaqlar üçün özəl, qapalı ərazidə keçiriləcəyini və təhsil, mədəni və sosial xarakter daşıyacağını bildirib.

Bundan əlavə, Gürcüstanın Daxili İşlər Nazirliyi iyulun 8-də planlaşdırılan tədbirlərlə bağlı açıqlama yayıb.

Agentlik qeyd edib ki, iyulun 8-də nəzərdə tutulan qapalı tədbirin konkret məkanda, qapalı yerdə təhlükəsiz şəraitdə keçirilməsi üçün nazirliyin nümayəndələri görüşün təşkilatçıları ilə əlaqə saxlayır. Onların məlumatlarına görə, Daxili İşlər Nazirliyi tədbirin təhlükəsiz formatda keçirilməsini təmin etmək, o cümlədən hər bir şəxsin ifadə və sərbəst toplaşmaq azadlığının qorunması üçün bütün lazımi tədbirləri görəcək.

Daxili İşlər Nazirliyi bildirir ki, onlar aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunla icazə verilən toplaşma və nümayiş keçirmək hüququndan kənara çıxmamağa çağırır.