Qətərin paytaxtı Dohada keçirilən mastersin turnirinin yekunlaşdırıcı günü üç gürcü dzyudoçusu medal qazana bildi.
100 kq çəki kateqoriyasında yarışan Varlam Liparteliani finalda Azərbaycanlı Zelimxan Kotsoyevi məğlubiyyətə uğratdı və turnirdə gürcüstan yığmasında ikinci qızıl medal gətirdi.
Az öncə 90 kq kateqoriyasında yarışan Beka Ğviniaşvili finalda Hollandiyalı Noel Van Tend ilə məğlubiyyətə uğradı və gümüş medal qazandı. Elə həmin çəki kateqoriyasında bütün turnir ərzində gənc Laşa Bekauri çox yaxşı yarışdi və bürünc medal qazana bildi.
Təəssüflər olsun ki, bu gün çıxış edən üç gürcü dzyudoçu – Quram Tuşişvili, levan matiaşvili və Qela Zaalişvili yarışdan erkən uzaqlaşdılar. Qela Zaalişvili əfsanəvi Tedi Rinerə uduzdu.
Fransız Tedi Riner finalda rus İnal tasoyev ilə görüşəcək.
Xatırladaq ki, üç yarış günündən sonra Gürcüstanın hesabında iki qızıl, bir gümüş və iki bürünc medal var. Komanda yarışında isə, kişilər arasında komandamız ikinci yeri tutdu.