Tbilisidə, Lilo Bazarı ərazisində yanğın lokallaşdırılıb. Gürcüstanın Birinci Kanalına Fövqəladə Hallar İdarəsi Xidmətindən bəyan etdiklərinə görə, yanğın bazarın inzibati binasında əmələ gəldi.
“Daxili İşlər Nazirliyinin “112” mərkəzinə məlumat daxil oldu ki, Lilo Bazarı ərazisində tüstü və açıq alov qeydə alınır.
Bazar istiqamətinə Fövqəladə Hallar İdarəsi Xidmətinin əməkdaşları getdilər. İlkin göndərilən məlumatla alov bir neçə mağazaya yayılmışdı. Vəziyyətin dəyərləndirilməsindən sonra, bazara daha bir neçə qrup göndərildi. Paralel olaraq alovun söndürülməsi işlərinə başlanıldı.
Alovun başqa mağazalara yayılması təhlükəsi mövcud idi, lakin yanğınsöndürən-xilasedicilər yanğının vaxtında lokallaşdırlmasını bacardılar. Bu vaxt üçün likvidasiya işləri görülür.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində Fövqəladə Hallar İdarəsi Xidmətinin 11 yanğınsöndürən-xilasedici qrupu işləyir”, – Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatında deyilir.
“Lilo Mall”-un baş direktoru, Giorgi Kvaratsxeliyanın bəyan etdiyinə görə, üç mağaza yanıb. Elə onun dediyinə görə, mağazaları sıgortalanmış idi.