Lixtenşteynin xarici işlər, təhsil və idman naziri işğal xəttinə yaxın olan Odzisi kəndinə səfər edib
Gürcüstanda səfərdə olan Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler işğal xəttinə yaxın olan Odzisi kəndinə səfər edib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi Lixtenşteyn Xarici İşlər Nazirliyinin rəhbərinə bölgədəki ağır humanitar vəziyyət barədə məlumat veriblər.
Agentliyin məlumatına görə, Laşa Darsalia Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyinə diqqət çəkib.
Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler iyunun 11-13-də Gürcüstanda səfərdədir.
Rəsmi məlumata görə, səfər çərçivəsində Dominik Halser Gürcüstanın icraçı və qanunverici orqanlarının yüksək vəzifəli şəxsləri ilə görüşəcək.