Lixtenşteyn Knyazlığının parlament sədri- Şalva Papuaşvili ilə görüşdə biz Gürcüstandan, Aİ-yə üzv olmağa necə çalışdığınızdan danışdıq, bacardığımız qədər sizə dəstək olacağıq
Lixtenşteyn Knyazlığının parlament sədri Albert Friks Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə çox maraqlı görüş keçirdiyini bildirir. O qeyd edib ki, görüşdə Gürcüstandan, ölkənin Avropa İttifaqına üzv olmağa necə çalışmasından danışıblar.
“Fikir mübadiləsi apardıq və bir-birimizi daha yaxından tanıdıq. Gürcüstandan, Aİ-yə üzv olmağa necə çalışdığınızdan danışdıq. Dedim ki, bu işdə sizə kömək edəcəyik, Aİ-yə üzv olmağınız üçün bacardığımız qədər sizə dəstək olacağıq.
Gürcüstan nümayəndə heyəti ölkəmiz, parlamentimizin necə işlədiyi ilə tanış olmaq imkanı əldə edəcək. Milli Muzeydə həmçinin mədəni tədbirimiz olacaq və ondan sonra müzakirəmizi davam etdirəcəyik. Nümayəndə heyətinin səfəri qısa müddətlidir və biz fikir mübadiləsi üçün vaxtdan maksimum istifadə edəcəyik”- deyə Albert Friks açıqlayıb.