Likanidə yaşayış korpusunda partlayış baş verdi.
Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Borcomi munisipalitetinin meri, Otar Arbolaşvili təsdiq etdi.
Onun qeyd etdiyi kimi, partlayışa səbəb bu mərhələdə məlum deyil.
Elə onun dediyinə görə, hazırda sakinlər tamamilə təxliyyə ediliblər.
“Güman edildiyinə görə, korpusa ekspertiza ediləcək. Ona qədər isə, əhalini yaşayış yeri ilə Borcomi munisipaliteti təmin edəcək. Bütün xərcləri biz ödəcəyik”, – mer bəyan etdi.
Elə onun dediyinə görə, hadisə nəticəsində bir nəfər xəsarət aldı. Onu klinikaya yerləşdirdilər və müvafiq yardım göstərilir.
Hadisə yerinə yanğınsöndürən-xilasedicilər qrupu səfərbər olunub.
Partlayış yerindən fotonu “Borcomi” teleşirkəti yayır.