Liçi kəndindən Nadaburi kəndinə qədər yolun bərpası işləri aparılır
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi hökumətin sərəncamıyla Saçxere və Xaraqauli munisipalitetlərində Liçi kəndindən Nadaburi kəndinə qədər (mərkəzi magistral yola qədər) yerli əhəmiyyətli avtomobil yolunun bərpası işlərini həyata keçirir.
Avtomobil Yolları İdarəsinin məlumatında, layihədə Liçi kəndindən Nadaburi kəndinə qədər 8,8 km-lik avtomobil yolunun və onun üzərindəki iki körpü keçidinin bərpasının, Dzirula çayı üzərində yeni körpü keçidinin tikintisinin nəzərdə tutulduğu deyilir.
“Layihə çərçivəsində asfalt yol, yol kənarları, küvet, qabion aşağı dayaq divarları, birləşmələr və sakinlərin həyətlərinə girişlər təşkil olunacaq. Bərpa olunan yolun yol nişanları ilə təchiz edilməsi, yolun hərəkət hissəsinin nişanlanması və məhdudlaşdırıcılarla əhatə olunması da nəzərdə tutulub.
Layihə dövlət büdcəsindən 9,87 milyon lari ilə maliyyələşdirilir və 2024-cü ilin noyabrında başa çatdırılması planlaşdırılır”- Avtomobil Yolları İdarəsinin məlumatında qeyd olunub.