LGBT icmasının nümayəndələri bugün demonstrasiya keçirməyəcəklər.
Bu barədə məlumatı jurnalistlərə “Tbilisi Praidin” nümayəndəsi və LGBT icmasının aktivisti Mariam Kvaratsxelia verdi.
“Homofobiyaya qarşı mübarizə gününü 2012-ci və 2013-cü illərdə qeyd etməyə çalışdıq və o hadisələr zorakılıqla başa çatdı. 2014-cü ildən isə, Gürcüstan patriarxlığı mayın 17-sini ailə müqəddəsliyi günü kimi elan etdi bə şəhərin bütün mərkəzi yolları LGBT icmasına düşman olan insanlar tərəfindən zəbt olunub. Müəyyən risklərdən baş qaçırdmaq üçün mayın 17-də gey-parad keçirməkdən vaz keçdik. Ancaq qeyd etməliyik ki, LGBT icmasının “Ləyaqət marşı” adlı demonstrasiyası iyunda keçiriləcək ” – dedi Mariam Kvaratsxelia.
Marşın konkret olaraq, harda və hansı gün keçiriləcəyini isə, LGBT icması konkretləşdirmir.