"Leyborist partiyasının" gənc aktivistləri Tbilisi meriyasının yanında etiraz aksiyası keçirdilər
"Leyborist partiyasının" gənc aktivistləri Tbilisi meriyasının yanında etiraz aksiyası keçirdilər

“Leyborist partiyasının” gənc aktivistləri Tbilisi meriyasının yanında etiraz aksiyası keçirdilər.

Aksiya iştirakçıları Tbilisi meriyasına gedən avtomobil yolunu bağladılar.

“Tələbimiz ictimai nəqliyyatın fəaliyyətinin bərpasıdır. İnsanlar iş yerlərinə gedə bilmirlər. Biz meriyaya aid olan heç bir avtomobilin keçməsinə imkan verməyəcəyik”, – dedi “Leyborist partiyasının” üzvü Amiran Natriaşvili.

Aksiya iştirakçılardan biri olan Mamuka Cuğelinin dediyinə görə, insanlar iş yerlərinə kilometrlərlə yolu piyada gedirlər.

“Qeyri-legitim iqtidar komendant saatını uzatdı və bu məhdudiyyətlər kasıb insanları daha da kasıblaşdırır. Qoy indi Kaxa Kaladze, digər nazirlər və yüksək rütbəlilər də iş yerlərinə adi vətəndaşlar kimi piyada getsinlər” – dedi Mamuka Cuğeli.