Levan Yoseliani - ümid edirəm, Gürcüstan və Ukrayna rus aqressiyası ilə mübarizə aparmağı və ərazi bütövlüyünü bərpa etməyi bacaracaqlar
Levan Yoseliani - ümid edirəm, Gürcüstan və Ukrayna rus aqressiyası ilə mübarizə aparmağı və ərazi bütövlüyünü bərpa etməyi bacaracaqlar

Parlament müxalifətinin nümayəndəsi, Levan Yoseliani Gürcüstan prezidenti, Salome Zurabişvili ilə birlikdə, rəsmi səfər çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski, Ukrayna baş naziri Denis Şmiqal və Ukrayna Radası sədri Dmitro Razumkov ilə görüşdü.

Gürcüstan Parlamentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Levan Yoseliani Gürcüstanın Avroatlantik strukturlarına cəhdləri ilə bağlı siyasi partiyaların geniş konsesusu barəsində söhbət etdi. Deputat Gürcüstanda daxili siyasi vəziyyətə, keçmiş siyasi krizisə, cari seçki islahatına və müxalifətin Parlamentdə rolunun gücləndirilməsinə, eləcə də Şarl Mişelin razılaşmasının implementasiyasının əhəmiyyətinə diqqət yetirdi.

“Gürcü xalqının Ukrayna xalqına qarşı xüsusi sevgisini bir daha təsdiq etdim. Böyük ümidim var ki, Gürcüstan və Ukrayna rus aqressiyası ilə mübarizə aparmağı və ərazi bütövlüyünü bərpa etməyi bacaracaqlar”, -Levan Yoseliani bəyan etdi.