Levan Yoseliani - Parlamentdə hakimlərin dinlənilməsi faktiki olaraq skanerdən keçirmə olacaq, namizədlər meyarları qane edə bilməsələr "Gürcü Arzusu" onların namizədliyinin irəli sürülməsində çətinlik çəkəcək

“Vətəndaşlar” partiyasının üzvü, Levan Yoselianinin bəyanatına görə, Ali Məhkəmə hakimliyinə namizədlər Parlamentdə dinlənilmə zamanı peşəkarlıq meyarlarını qane edə bilməsələr, Şarl Mişelin sənədinin nəzərdə tutduğu konteksti nəzərə alaraq “Gürcü Arzusu” onların namizədliyinin irəli sürülməsində çətinlik çəkəcək.

“Hakimlərin dinlənilməsi Parlamentdə keçiriləcək və faktiki olaraq, bu həmin insanların skanerdən keçirilməsi olacaq. Əgər bu insanlar peşəkarlıq meyarlarını qane edə bilməsələr, Şarl Mişelin sənədinin nəzərdə tutduğu konteksti nəzərə alaraq “Gürcü Arzusu” onların namizədliyinin irəli sürülməsində çətinlik çəkəcək. Yoxsa, əlin burulması metodu ilə, istədiklərin i təyin edə bilər. Lakin mənim məqsədimdir ki, göstərək, bu insalar həmin vəzifəyə uyğundular ya yox”, – Levan Yoseliani bəyan etdi.

Xatırladaq ki, Ali Ədliyyə Şurası Ali Məhkəmə hakimi vəzifəsinə seçilməsi üçün Parlamentə doqquz namizəd təqdim etdi.