Levan İoseliani - işimizi davam etdiririk, ailə və qurumlarla kommunikasiya yoluyla Tamaz Qinturinin qətli ilə bağlı məlumat toplayıb hesabat şəklində təqdim edəcəyik
Gürcüstanın xalq müdafiəçisi Levan İoselianinin sözlərinə görə, onlar Tamaz Qinturinin qətli ilə bağlı ailə və qurumlarla əlaqə saxlayaraq məlumat toplayırlar.
Levan İoselianinin qeyd etdiyi kimi, məsələ ilə bağlı işlər yekunlaşdıqdan sonra ictimaiyyətə hesabat təqdim olunacaq.
“Təbii ki, biz bu məsələ üzərində işi davam etdiririk. Düşünürük ki, ailə və qurumlarla kommunikasiya yoluyla məlumatları toplayacağıq və hesabat şəklində ictimaiyyətə təqdim edəcəyik. İndiki mərhələdə sizə ancaq bunu deyə bilərəm” – deyə Levan İoseliani bildirib.
Noyabrın 6-da Rusiya işğalçı qüvvələrinin açdığı atəş nəticəsində Gürcüstan vətəndaşı Tamaz Qinturi dünyasını dəyişib.