Levan Xabeişvili - Türkiyədən yağ, düyü, şəkər, pomidor, soğan, kartof almışıq və bu məhsullar Gürcüstandakı qiymətlərdən xeyli ucuzdur
Levan Xabeişvili - Türkiyədən yağ, düyü, şəkər, pomidor, soğan, kartof almışıq və bu məhsullar Gürcüstandakı qiymətlərdən xeyli ucuzdur

 
Türkiyədə məhsulların Gürcüstandan iki dəfə ucuz olduğunu, Gürcüstan vətəndaşlarının isə Türkiyə vətəndaşlarından iki dəfə kasıb olduğunu faktlarla gördük-bu haqda “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili Türkiyədə qiymətləri müqayisə etdikdən sonra açıqlayıb .

Levan Xabeişvili bildirib ki, gürcü xalqı üçün əsas çağırış məhsulların qiymətlərinin bahalaşmasıdır.

“Türkiyə vətəndaşının Gürcüstan vətəndaşından ən azı iki dəfə çox gəliri var. İndi satın aldığımız ilkin istehlak məhsulları – yağ, düyü, şəkər, pomidor, soğan, kartof və müxtəlif məhsullar Gürcüstandakı qiymətlərdən xeyli ucuzdur. Bu səbəbdən İvanişvili, Kobaxidze və Mdinaradze başa düşməlidir ki, gürcü xalqı üçün əsas çağırış məhsulların bahalaşmasıdır, çünki onlar hər gün bununla qarşı-qarşıya qalırlar. 2024-cü il İvanişvilini, İvanişvili hökumətini dəyişmək üçün unikal fürsətdir və müvafiq olaraq, firavanlıq tək-tük insanlar üçün deyil, hamı üçün olsun”- Levan Xabeişvili açıqlayıb.

Levan Xabeişvili ilkin istehlak məhsullarının qiymətlərini müqayisə etmək üçün bu gün Türkiyədə olub.