Levan Xabeişvili -Seçkilərin ədalətli şəraitdə keçirilməsi üçün 2024-cü ilin seçkilərində Mixeil Saakaşvilinin azad olması vacibdir, Salome Zurabişvili isə bunu təmin edə bilər
Bizim minlərlə vətəndaşımız prezident Mixeil Saakaşvilinin azadlığına imza atmaq üçün növbədə dayanıb, seçkilərin ədalətli şəraitdə keçirilməsi üçün 2024-cü ilin seçkilərində əsas müxalifət lideri Mixeil Saakaşvilinin azad olması vacibdir, Salome Zurabişvili isə bunu təmin edə bilər-bu haqda “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili açıqlayıb.
Xabeişvilinin bildirdiyi üzrə, hamı başa düşməlidir ki, seçkilərin minimal dərəcədə ədalətli keçməsi və rəqabət prinsipinə riayət olunması üçün əsas müxalifət lideri Mixeil Saakaşvilinin azad olması vacibdir.
“Cəmiyyət onu tələb edir, bu insanların aktivliyini hamınız görürsünüz. Biz yüz mindən çox imza toplamaq və prezident Salome Zurabişviliyə seçkilər üçün minimal ədalətli mühitin təmin edilməsi və İvanişvilinin əsas rəqibi prezident Saakaşvilinin azad edilməsi üçün müraciət etmək niyətindəyik. İki və ya daha çox rəqibin iştirak etdiyi və birinin İvanişvili tərəfindən sözün əsl mənasında oğurlanaraq haqsız yerə həbs edildiyi bir müsabiqənin olmasını təsəvvür etmək mümkün deyil. Mixeil Saakaşvilinin azadlığı vacibdir” – deyə Levan Xabeişvili bildirib.