Levan Xabeişvili "Milli Hərəkatın" yeni üzvləri, Zaza Qoqava və Mamuka Ğuraşvilini təqdim etdi
“Vahid Milli Hərəkatın” sədri, Levan Xabeişvili və partiyanın baş katibi, Petre Tsiskarişvili partiyaya yeni üzvləri təqdim etdilər.
Levan Xabeişvilinin bəyanatına görə, partiyanın yeni üzvləri, Zaza Qoqava katiblikdə, Mamuka Ğuraşvili isə, “Vahid Milli Hərəkatın” Tbilisi təşkilatında yer tutacaqlar.
Brifinqdə Levan Xabeişvilinin bəyan etdiyinə görə, yeni üzvlərin təqdim edilməsi partiyanın gücləndirilməsinə xidmət edir.
“Zaza Qoqava və Mamuka Ğuraşvili “Milli Hərəkatda” əsas mövqeləri tutacaqlar. “Milli Hərəkatı” gücləndirəcəklər. Zaza Qoqava katiblikdə, Mamuka Ğuraşvili isə, “Vahid Milli Hərəkatın” Tbilisi təşkilatında yüksək vəzifəni tutacaq. Çoxlü mübarizəmiz var, hansını da birlikdə mütləq qazanacağıq”, – Xabeişvili bəyan etdi.