“Vahid Milli Hərəkat” partiyasının sədr seçkilərində Levan Xabeişvili qalib gəlib. O, səslərin 52,58 faizini toplayıb. Bu barədə Siyasi Şuranın sədri Koba Nağopia partiyanın ofisində açıqlayıb.
“Seçkilər üçün qeydiyyatdan keçmiş seçicilərin sayı 49 638 nəfər təşkil edir. Seçkilərdə isə 41 264 nəfər iştirak edib. Seçki subyektləri üzrə səslərin sayı belədir – Nona Mamulaşvili 1537 səs, bu da səslərin 3,73 faizini təşkil edir, Nika Melia 16 476 səs – 40 faiz, Qiorqi Mumladze 1516 səs – 3,68 faiz, Levan Xabeişvili – 21 656 səs- 52.58 faiz”-deyə Nağopia açıqlayıb.
Seçkilərdə dörd namizəd: Nika Melia, Levan Xabeişvili, Qiorqi Mumladze və Nona Mamulaşvili iştirak edib.
Səsvermə proseduru yanvarın 28-də başlayıb və bu gün səhər saat 10:00-da başa çatıb.
Seçki prosesi blokçeyn prinsipi ilə gizli şəkildə həyata keçirilib.