Levan Xabeişvili - "Milli Hərəkat" Rusiya oyunlarında iştirak etmək fikrində deyil, məni impiçment məsələsi qətiyyən maraqlandırmır
Levan Xabeişvili - "Milli Hərəkat" Rusiya oyunlarında iştirak etmək fikrində deyil, məni impiçment məsələsi qətiyyən maraqlandırmır

“Milli Hərəkat” Rusiya oyunlarında iştirak etmək fikrində deyil, bu məsələ məni qətiyyən maraqlandırmır, – “Milli Hərəkat”ın sədri Levan Xabeişvili jurnalistlərə prezidentin impiçmenti barədə danışıb.

Xabeişvilinin sözlərinə görə, hökumət Şovi və sosial – iqtisadi məsələlərlə bağlı sualları ört-basdır etmək üçün bu mövzunun müzakirəsini təşkil edir.

“Bunlar hakim partiyanın və Bidzina İvanişvilinin çirkin oyunlarıdır, mənim iştirak etmək fikrində deyiləm. Bu məsələ məni qətiyyən maraqlandırmır, “Milli Hərəkat” üçün bu məsələ önəmli deyil. “Milli Hərəkat” üçün impiçment məsələsi Bidzina İvanişvilinin və Rusiya partiyasının çirkin oyunlarıdır, hətta bu məsələnin mediada aktual mövzu olması və müzakirə edilməsi yalnız Bidzina İvanişvili və Rusiya partiyası üçün sərfəlidir, bunun isə yeganə səbəbi var, Şovi və sosial – iqtisadi məsələlərlə bağlı cəmiyyətdə olan sualları, mənə maraqlı olmayan bu cür mövzularla birtəhər ört-basdır etməyə çalışır. Xarici mətbuatda dərc olunan məlumatlara gəlincə, bu spekulyasiyadır, mən sizə birbaşa, cəsarətlə, birmənalı şəkildə deyə bilərəm “Milli Hərəkat” Rusiya Oyunlarında iştirak etmək fikrində deyil” – deyə, Levan Xabeişvili bildirib.

“Gürcü arzusu” prezident Salome Zurabişvilinin impiçment proseduruna başlayır. “Gürcü arzusu”nun sədri İrakli Kobaxidzenin izah etdiyinə əsasən, Salome Zurabişvili Gürcüstan Konstitusiyasını kobud şəkildə pozaraq hökumətin razılığı olmadan xarici ölkələrə silsilə səfərlərə başlayıb.