Levan Xabeişvili - "Gürcü Arzusu"nun yüksək vəzifəli məmurlarına bu gündən etibarən rahatlıq yoxdur, həmçinin "Milli Hərəkat" parlament həyatında iştirak etməyəcək
Bidzina İvanişvili Putinin əmrini yerinə yetirmək qərarını verdi və Putinə qarşı döyüşən baş komandan barəsində, faktiki olaraq, ölüm hökmü çıxardı. Müvafiq olaraq, “Milli Hərəkat” konkret qərar qəbul edib və Bidzina İvanişvili və onun marionet rejimi bunu çox yaxşı yadda saxlamalıdır-bu barədə “Milli Hərəkat”ın sədri Levan Xabeişvili açıqlayıb.
O, “Milli Hərəkat”ın aktivliklərə bu gündən başlayacağını bildirir.
“Gürcü Arzusu”nun yüksək vəzifəli məmurlarına bu gündən etibarən rahatlıq yoxdur. Bu brifinqdən sonra bunu ilk hiss edən Baş nazir Ğaribaşvili olacaq. Sabahdan etibarən “Milli Hərəkat” fövqəladə vəziyyət rejiminə keçəcək. Sabah hamını paytaxtda gözləyirik və əsas etiraz mərkəzi paytaxt olacaq. Regionlarda da tədbirlərin keçirilməsi nəzərdə tutulur. “Milli Hərəkat” artıq parlament həyatında iştirak etmək niyyətində deyil. Biz beynəlxalq tərəfdaşlarla görüşlər keçirməyə hazırlaşırıq, Rus Arzusuna Saakaşvilinin həyatda qalması üçün təzyiqi gücləndirmək məqsədilə artıq səfirlərlə konkret ünsiyyətə başlamışıq. Bu gün və hər gün aktivliklərimiz olacaq”-deyə Xabeişvili açıqlayıb.
Xabeişvili səfirlərə “Milli Hərəkat”ın niyə parlament fəaliyyətini dayandırması barədə məlumat veriləcəyini bildirib.
“Zülm etdiyiniz və Avropa gələcəyini qətl etdiyiniz insanlar hər yerdə sizləri tapacaqlar. Dinc, qayğısız həyatınızın bitdiyini yaxşı yadda saxlayın. Hər yerdə problemlərlə üzləşəcəksiniz. “Milli Hərəkat” artıq heç bir müzakirəyə qatılmaq, nəsə oyunlara qoşulmaq niyyətində deyil. Biz ölkəmizin Avropa gələcəyinə təhlükə olmaması üçün hər şeyi etmişik və edirik. Tərəfdaşlarla görüşərkən buna görə görüşəcəyik. Biz parlament fəaliyyətini dayandırırıq və onlar çox yaxşı bilməlidirlər, biz sadəcə olaraq buna məcburuq. Gündəlik etirazlar və ictimai narahatlıq “Gürcü Arzusu”na, Bidzina İvanişviliyə cavab olacaq” – deyə Xabeişvili açıqlayıb.