Levan Xabeişvili - biz bu ruslarla parlamentdə fiziki qarşıdurmaya da hazırıq, yorulmayaq, bu ölkə sizindir, gürcü xalqınındır, sizin mübarizənizdir
Levan Xabeişvili - biz bu ruslarla parlamentdə fiziki qarşıdurmaya da hazırıq, yorulmayaq, bu ölkə sizindir, gürcü xalqınındır, sizin mübarizənizdir

 

Bu ölkə heç bir siyasi partiyaya aid deyil, heç bir siyasi liderə aid deyil. Bu ölkə sizə, zati-aliləri, gürcü xalqına məxsusdur – bu barədə “Milli Hərəkat”ın sədri Levan Xabeişvili parlament qarşısında aksiyada çıxışı zamanı bildirib.

O, Gürcüstanın Avropa gələcəyinin təhlükə altında olduğunu və hamının etiraza qoşulmalı olduğunu bildirib.

“Rus oliqarx nəhayət ki, bu müddət ərzində yürütdüyü- həm kursu, həm də siyasəti qanuniləşdirmək qərarına gəldi. Bu qanun o deməkdir ki, əgər bu 11 il ərzində heç bir rus casus həbs olunmayıbsa, onlar özləri casusluğa imza atırlar. Bu qanunu imzalayan hər kəs Rusiya və Putinin casusu olacaq. Siz gürcü xalqı yaxşı bilməlisiniz ki, bu ölkə sizindir, siz mübarizə aparmalısınız, hər biriniz, xüsusən də gənclər. Bu ölkə gürcü xalqından başqa heç kimə məxsus deyil. Bizim Avropa gələcəyimiz, ölkəmiz təhlükə altındadır. Odur ki, hələ də televizorlarınızın qarşısında oturanlar, hamınız çıxıb bu insanların yanında durun. Siyasi zövqünüzdən, münasibətinizdən asılı olmayaraq. Hər hansı bir siyasətçini sevmirsiniz mi? Məsələn, Levan Xabeişvilini bəyənmirsiniz mi? Övladlarınıza daha yaxşı gələcək istəyirsinizsə, çıxın, ayağa qalxın. Ölkəni dar partiya maraqlarına, siyasi zövqlərə qurban verməyin. Bu arada bu rus oyunları ilə bizi bu günə qədər gətiriblər və indi də Putinist qanunu qəbul etmək istəyirlər. Əzizlərim, hazırda Putinin qanunu müzakirə olunur. Biz bu ruslarla parlamentdə fiziki qarşıdurmaya da hazırıq. Yorulmayaq, durmayaq, əlimizi çəkməyək. Qələbə yaxındır. Gürcü xalqı mütləq Putinistlərə qalib gələcək. Putinsiz Gürcüstana eşq olsun, güc xalqdadır”-deyə Levan Xabeişvili açıqlayıb.

Hazırda parlamentin plenar iclasında “Xarici təsirin şəffaflığı haqqında” və “Xarici agentlərin qeydiyyatı haqqında” qanunların müzakirəsi davam edir.