Levan Xabeişvili, Ana Tsitlidze, Qiuli Alasania və Qiorqi Chaladze Varşavada Povatski Hərbi Qəbiristanlığında Smolensk faciəsində həlak olanların xatirəsini ehtiramla yad ediblər
Levan Xabeişvili, Ana Tsitlidze, Qiuli Alasania və Qiorqi Chaladze Varşavada Povatski Hərbi Qəbiristanlığında Smolensk faciəsində həlak olanların xatirəsini ehtiramla yad ediblər

 

“Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili, Qiuli Alasaniya və partiya liderləri avropalı parlamentari Ana Fotiqa ilə birlikdə Varşavanın Povatski hərbi qəbiristanlığında Smolensk faciəsi zamanı həlak olanların xatirəsini ehtiramla yad edib, abidə önünə əklil qoyublar. Bu barədə “Vahid Milli Hərəkat” sosial şəbəkədə məlumat yayır.

“Polşanın o vaxtkı fəaliyyətdə olan prezidenti Lex Kaçinski, onun həyat yoldaşı Maria və onlarla başqa hərbçi və hökumət rəsmisinin həlak olması ilə nəticələnən Smolenskdə baş verən təyyarə qəzasından düz 13 il ötür”-deyə partiyanın “Facebook” səhifəsində deyilir.