Levan Vepxvadze - Xarici investisiyaların cəlb olunması üçün əsas problem milli valyuta kursudur
Levan Vepxvadze - Xarici investisiyaların cəlb olunması üçün əsas problem milli valyuta kursudur

Gürcüstanın Biznes Asosiyasiyasının icraçı dəstəsi və iclas şurasının nümayəndələri Beynəlxalq Valyuta Missiyası ilə görüşdülər.

Onlayn formatda keçirilən görüşdə fondun nümayəndələri makro-iqtisadi göstəricilər və ölkədə mövcud olan iqtisadi vəziyyəti müzakirə etdilər.

Söhbət milli valyuta kursu, inflyasiya və pandemiyanın ölkə iqtidarına verdiyi zərər kimi məsələlərə toxundu. Həmçinin, ölkənin investisiya potensialı və vaksinasiya prosesinin fəallaşdırılması müzakirə olundu.

“Pandemiya şərtlərində, xarici investisiyaların cəlb edilməsi xüsusi ilə önəmlidir. Eyni zamanda bu prosesə mane olan mühit var. Məsələn, özəl sektor və biznes üçün requlyasiyaların sərtləşdirilməsi investisiya potensialını xeyli azaldır.

Müvafiq olaraq, valyuta fondunun nümayəndələrinə öz fikirlərimizi bildirdik və qeyd etdik ki, milli valyuta kursu düzəlməsə, ölkədə iqtisadi vəziyyətin düzəldilməsi çətin olacaq”, – dedi Biznes Asosiasiyasının rəhbəri Levan Vepxvadze.