Levan Topadzenin yaralanma işi ilə bağlı Busa Jvaniya üçün həbs qərarı verildi
Biznesmen Qogi Topadzenin oğlu Levan Topadzenin bıçaqla yaralanması məsələsi ilə bağlı Gürcüstanın sabiq baş naziri Zurab Jvaniyanın oğlu Busa Jvaniya üçün həbs qərarı verildi.
İttiham edən tərəf Busa Jvaniya üçün həbs qərarını tələb edir, müdafiyə tərəfi isə, 50 min larilik girov.
Prokurorluğun məlumatına görə, DİN tərəfindən aparılan istintaq nəticəsində məlum oldu ki, 2020-ci ilin avqustun 2-də, Tbilisidə, Çavçavadze caddəsində yerləşən, Levan Topadzenin evinin balkonunda, Busa Jvaniya Levan Topadzeyə bıçaqla bir neçə zərbə yetirdi.
Vaxtında edilən tibbi yardım nəticəsində, Levan Topadze həyatı təhlükəyi keçirdi.
Hüquqmühafizəçilər Busa Jvaniyayı 2020-ci ilin, avqustun 2-də həbs etdilər.
Qeyd olunan cinayət 15 il həbs cəzasını nəzərdə tutur.