Levan Silaqava - Dövlət subsidiyaları olmasaydı çörəyin qiyməti 15-20 tetri ilə arta bilərdi
Levan Silaqava - Dövlət subsidiyaları olmasaydı çörəyin qiyməti 15-20 tetri ilə arta bilərdi

Dövlət subsidiyaları olmasaydı çörəyin qiyməti 15-20 tetri ilə arta bilərdi, – bu bəyanatı Birinci Kanala taxıl və un istehsalçıları asosiasiyasının icraçı direktoru Levan Silaqava verdi.

Onun dediiynə görə, unun subsidiyalaşdıırlması üçün dövlət proqramı iki mərhələ şəklində həyata keçirilir. İlk mərhələdə, dekabr-yanvar aylarında Gürcüstanın azad bazarında birinci dərəcə keyfiyyəti olan unun bir torbasının qiyməti 63 lari idi və onun üçün 10 larilik subsidiya kifayət idi, ancaq fevral və mart aylarında, qlobal bazarlarda taxıl qiymətinin xeyli artmasına görə, Gürcüstanda da unun qiyməti 68 lari oldu.

“Ona görə də, dövlət subsidiyaları 15 lari oldu ki, əhali üçün çörəyin qiyməti növbəti aylarda da artmasın.

Bu subsidiya proqramı fevralın 1-dən, aprelin birinə qədər çörəyin bugünki qiymətini qorumağı nəzərdə tutur.

İştirak edən şirkətlər tenderlərə o şərtlə daxil olurlar ki, çörək zavodlarına un 53 lariyə verilsin ki, Gürcüstanda çörəyin qiyməti artmasın.

Yəni dövlət subsidiyaları olmasaydı, bugün çörəyin qiyməti 15-20 tetri ilə artacaqdı” – dedi Levan Silaqava.