Levan Murusidze müddətsiz hakim kimi təyin edildi
Levan Murusidze müddətsiz hakim kimi təyin edildi

Levan Murusidzenin müddətsiz hakim kimi təyin edilməsini Ali Ədliyyə Şurası dəstəklədi.

Levan Murusidzenin namizədliyini Ali Ədliyyə Şurasının 11 üzvü dəstəklədi, bir üzvünün səsi ləğv edildi, ikisi isə, ona qarşı səs verdi.

Levan Murusidze ilə söhbətləşmə bu gün, Ali Ədliyyə Şurasında keçirildi.

Elə bu gün Paata Nozadze, Valiriane Pilişvili, Paata Pxaladze və Nana Coxadze müddətsiz hakim kimi təyin edildilər.