Levan Murusidze - qapalı iclasda baş nazirə bütün məlumatları verdim, lazım bildiyim zaman ictimaiyyət xəbər tutacaq
İclas qapalı keçdi və təfərrüatları haqqında danışa bilmərəm, lakin qətiyyətli şəkildə demək istəyirəm ki, hakimlər və məhkəmə sistemi baxımdan baş verən çirkinliklərə uymaq niyətində deyiləm -bu barədə Ali Ədliyyə Şurasının üzvü, Apellyasiya Məhkəməsinin ömürlük hakimi olan Levan Murusidze Gürcüstanın Baş naziri ilə görüşdən sonra açıqlayıb.
Murusidze qapalı iclasda baş nazirə hər cür məlumat verdiyini deyib.
“O ki qaldı sübutlara və ümumilikdə məlumatlara, nə baş verirdi, məhkəmə hakimiyyətinə qarşı necə baş verirdi, mən bunu lazım bildiyim zaman ictimaiyyət xəbər tutacaq. Daha çox çirkinliyin, saxta xəbərlər, ittihamlar və s.-nin qabiliyyətsizcə olacağını gözləyirəm və müvafiq olaraq mən lazım bildiyim zaman ictimaiyyət bundan xəbər tutacaq. Bütün məlumatlar qapalı iclasda səsləndirilib” -deyə Murusidze açıqlayıb.