Levan Mqaloblişvili Soxumi Universitetinin rektoru və professor- müəllimləri ilə görüşdü
Levan Mqaloblişvili Soxumi Universitetinin rektoru və professor- müəllimləri ilə görüşdü

Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Levan Mqaloblişvili Abxaziya hökumətinin üzvləri ilə birlikdə Soxumi Dövlət Universitetinin rektoru və professor- müəllimləri ilə görüş keçirdi.

Görüşü salamlama nitqi ilə universitetin rektoru Zurab Xonelidze açdı. Abxaziya hökumətinin sədri, təhsil və mədəniyyət naziri professor- müəllimələrə müraciət etdilər.

Levan Mqaloblişvili sülh siyasətinin həyata keçirilməsində və gənclərin prosesə fəal cəlb olunmasının təşviqində təhsilin rolundan danışdı.

Gürcü-abxaz münasibətlərinin dərinləşməsi və inkişafı məsələsində Soxumi Dövlət Universitetinin uzunmüddətli və səmərəli fəaliyyətinə diqqət yetirildi.

“İllərdir həyata keçirdiyiniz fəaliyyət mühümdür və gənclərin, ümumiyyətlə, gələcək nəsillərin yetişdirilməsinə, inkişafı işinə böyük töhfə verir. Universitetin gürcü və abxaz xalqı arasında bir növ birləşdirici halqa olması, yadlaşmanın aradan qaldırılması, birgəyaşayış tariximizin bərpası və ümumi ənənələrin qorunub saxlanılması prosesində müəyyən rol oynaması xüsusi ilə qiymətləndirilir. Məhz sizin seçdiyiniz tədris metodu, missiya və kurs işğal olunmuş ərazilərdən köçmüş gənclərimiz üçün Soxumi Dövlət Universitetində təhsilin prioritet olmasını şərtləndirir ki, bunu son illərin statistik göstəriciləri göstərir”, – Levan Mqaloblişvili bildirdi.

Abxaziya Muxtar Respublikasının sədri akademik dairənin nümayəndələrinə uzun illər səmərəli fəaliyyəti üçün təşəkkür etdi.

Tərəflər gələcək əməkdaşlıq planlarını da müzakirə etdilər.

Məlumatı Abxaziya hökumətinin mətbuat xidməti yayır.