Levan Mqaloblişvili - Cenevrə danışıqlarının iştirakçıları müzakirələri Minsk formatı ilə əvəz etməyi təklif etdilər, biz buna qarşı çıxdıq
Cenevrə danışıqlarının 62-ci raundunda iştirakçılar bizə Cenevrə formatını Minsk formatı ilə əvəz etməyi təklif etdilər, biz buna qarşı çıxdıq – bu haqda Abxaziya hökumətinin sədri Levan Mqaloblişvili bildirib.
O bildirib ki, Rusiya nümayəndə heyəti iclas zalını nümayişkaranə şəkildə tərk edib, lakin qanunsuz həbslər və qeyri-qanuni sərhədləşmə məsələlərinin müzakirəsi baş tutub.
“Cenevrə danışıqlarının 62-ci raundunda Rusiya Federasiyası, eləcə də qondarma Cənubi Osetiya və Abxaziya nümayəndələri iştirak edirdi. Mərkəzi hakimiyyət olaraq biz, eləcə də Abxaziya hökuməti təmsil olunurdu. Gözlənildiyi kimi, Rusiya nümayəndə heyəti iclas zalını nümayişkaranə şəkildə tərk etdi, lakin biz iki məsələnin müzakirəsini çatdıra bildik, bu, qanunsuz həbslərlə, eləcə də qeyri-qanuni sərhədləşmə məsələsinə aid idi. Bizə Cenevrə formatını Minsk formatı ilə əvəz etməyi təklif etdilər, əlbətdə, biz buna qarşı çıxdıq. Əminəm ki, çox yaxında müttəfiq ölkələrlə birlikdə biz əyləşəsi olacağıq və ümid edirəm ki, altı bəndlik sazişin bütün məsələlərinə Gürcüstan əhalisinin və əlbəttə, bizim müvəqqəti köçkün əhalinin layiq olduğu müvafiq cavab veriləcək” – Levan Mqaloblişvili bildirib.