Levan Maxaşvili – Məhkəmə və ya digər institutlar üzərində xarici nəzarət qurmaq cəhdləri var, Gürcüstan hakimiyyətinin nüfuzuna xələl gətirmək üçün qəsdən yanlış qiymətləndirmələrdən istifadə olunur

18:01, 18.11.2026

Cəmiyyət Brüsseldə bəzi coşqun bürokratların tətbiq etdiyi ikili standartları dəfələrlə görüb, – bu barədə Parlamentin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili bildirib.

Onun sözlərinə görə, ikili standartın məqsədi də sadə olub.

“Onların vəzifəsi Gürcüstanda müəyyən dar siyasi gündəliyin həyata keçirilməsi idi. Məhz buna görə Fransada “Molotov kokteyli” atan şəxsə cinayətkar deyirlər, Gürcüstanda isə siyasi məhbus. Bu, konkret siyasi məqsədi həyata keçirmək üçün tətbiq edilən ikili standartdır. Gürcüstan tərəfindən qəbul edilmiş qərarların məqsədi Gürcüstanın müdafiəsi idi və Brüsselin ikili standartı yeni deyil. Məhkəmə və ya müxtəlif dövlət qurumları üzərində xarici siyasi nəzarət qurmaq və bu məqsədlə məhz Gürcüstanda baş verən hadisələri təhrif etmək, eləcə də Gürcüstan hakimiyyətinin nüfuzuna xələl gətirmək üçün xüsusi olaraq, qəsdən istifadə edilən həmin təsəvvürlərdən və yanlış qiymətləndirmələrdən yararlanmaq cəhdini görürük”, – Levan Maxaşvili bildirib.

Oxşar